BİZ KİMİK

Qalileo Azərbaycanda öyənmə və təlimat üçün aparıcı platformadır.
Qalileo Azərbaycanın hər yerində yerləşən tələbələri təlimatçılara bağlayaraq fərdlərin hədəflərinə çatmalarına və arzularını reallaşdlrmasına kömək edir.

Missiyamız

Missiyamız təhsil və biliyin bütün azərbaycanlılar üçün geniş yayılması və nisbətən ucuz olmasıdır.

İnanırıq ki, Azərbaycanda hər bir təlimçinin, harada yaşamasından asılı olmayaraq, biliklərini bölüşə və gəlir əldə edə biləcəyi universal bir platformaya çıxışı olmalıdır.

Gələcəyə baxışımız

Gələcəyə baxışımız ənənəvi tədris sistemindən fərqlənir. Bilik və bacarıqlarınızı bölüşmək üçün heç bir məhdudiyyət olmamalıdır. Paylaşmaq istəyi olan insanlar ən yaxşı təlimçilərdir!

Hər kəs öz biliyini paylaşaraq özünə passiv gəlir qazandırmaq imkanından yararlana bilməlidir.

Qalileo üçündür

Komandamız

İlkin Həsənzadə

co-founder

47 nömrəli tam orta məktəbi bitirdikdən sonra universitet təhsilimi başlamaq üçün Kanadaya köçdüm. Saskaçevan Univeresitetini fərqlənmə ilə bitirmişəm. Maliyyə sahəsindəki həvəsimi daha da artırmaq üçün CFA və CIMP təyinatlarını qazandım. Karyeram boyunca Vinnipeq kimi böyük şəhərlərin 30.000-lik kiçik icmalarında çalışmışam. Hər gün insanlara maliyyələrini idarə etmək və məqsədlərinə çatmaq üçün kömək edirəm. Qalileo layihəsi vətənim Azərbaycanın gələcəyinə töhfə vermək yolumdur.

İşlə yanaşı təbiətdə olmağı, səyahət etməyi, squaş oynamağı və incəsənəti sevirəm.

Gəlin əlaqə quraq!

Emin Həsənzadə

co-founder

Niderlandda 5 il yaşayıb və oxumuşam. Amsterdamda bakalavra hazırlıq dərəcəsini uğurla başa vurduqdan sonra bakalavr dərəcəsini almaq üçün Qroningen şəhərinə köçdüm. Hanze Tətbiqi Elmlər Universitetində Beynəxalq Biznes və İdarəetmə ixtisası üzrə bakalvr dərəcəmi uğurla başa vurdum. Təhisl müddətində dünyanın hər yerindən insanlarla tanış oldum və fərqli mədəniyyətlər haqqında məlumat əldə etdim.

Bakalvr dərəcəmi bitrdikdən sonra, Vətənim Azərbaycana qayıtmağa qərar verdim. Əsas səbəb xaricdə qazandığım bacarıq və biliklərimdən istifadə edərək ölkəmə fayda verməkdir. Hal-hazırda Bridge Group of Companies-də biznes inkişafı üzrə mütəxəssis kimi çalışıram.

İşlə yanaşı səyahət etməyi, yeni insanlarla tanış olmağı və fikir mübadiləsini sevirəm.

Komandamıza qoşul

Biliklərinizi paylaşaraq başqalarına kömək etmək istəyən bir müəllim, təlimatçı və ya mütəxəssissiniz?
Biz sizi axtarırıq!

azAzerbaijani